Gürcüstanın Marneuli Bələdiyyə Məclisinin (Sakrebulo) azərbaycanlı üzvü Rəhim Əsgərov polis tərəfindən saxlanılıb.
Median.Az xəbər verir ki, ONA-nın Gürcüstan mediasına istinadən verdiyi xəbərə görə, Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze məlumatı təsdiqləyib.
Rüşvət faktına görə saxlanılan R.Əsgərov “Vahid Milli Hərəkat” partiyasının üzvüdür.