Rusiyada qadınları qətlə yetirdiyi üçün ömürlük həbs cəzası alan sabiq polis Mixail Popkov daha 56 cinayət üzrə günahkar bilinib. Popkovun ən azı 78 qadını öldürdüyü açıqlanıb.
Median.Az Teleqraf.com-a istinadən xatırladır ki, Mixail Popkov hələ 2018-ci ildə törətdiyi serial qətl hadisələri ilə Rusiyanın bir nömrəli qatili adını alıb.
1994-2000-ci illər arasında 22 qadını öldürdüyü üçün ömürlük cəza alan Popkov sonradan daha 56 qadının qətlində ittiham edilib.
Popkov bundan əvvəlki məhkəmədə 59 xanımı öldürdüyünü etiraf etmişdi.
Xüsusi testdən keçirdikdən sonra məlum olmuşdu ki, qatilin əqli problemləri var.
"Qurd adam" ləqəbi ilə tanınan Popkov öldürdüyü və təcavüz etdiyi qadınlara görə peşmançılıq duymadığını açıqlayıb və "həyatı qadınlardan təmizlədiyini" iddia edib.