Bu gün Qazaxıstan Müdafiə Nazirliyinə məxsus Mİ-8 hərbi helikopteri qəzaya uğrayıb.
Qəzada bütün ekipaj üzvləri həlak olub. Bu barədə ölkə prezidenti Kasım Jomart Tokayev öz Twitter hesabında məlumat yayıb.
RİA Novosti-nin məlumatına görə,hadisə bu gün səhər saatlarında Qazaxıstanın Qızıl Orda rayonunda baş verib. Mİ-8 markalı hərbi helikopter yerə çırpılıb və tamamilə yanıb.
Helikopterdə olan 13 hərbçinin hamısı həlak olub. Onların hərbi təlim məqsədiylə havaya qalxdığı bildirilir.//oxu.az