Castin Biber dərin depressiyadadır - Musiqidən gedir » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:49 Rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslər hakim qarşısına çıxarılırlar  |     18:40 Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ  |     18:31 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür  |     18:22 Azərbaycanda direktor işdən AZAD EDİLDİ  |     18:15 "Bakı Sığorta" ASC ləğv olunur  |     18:07 Anton Krivotsyuk Azərbaycan Premyer Liqasına qayıdır  |     18:00 Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib  |     17:36 Peskov: "Putin "sülh trayektoriyası"na giriş üçün təmaslara açıqdır"  |     17:22 Bakıda küçədən kişi meyiti tapıldı  |     16:56 Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur  |     16:44 Xankəndidə ilk solo konsert keçiriləcək  |     16:29 Şirkətin pullarını "TikTok"da bahalı hədiyyələrə xərclədi - HƏBS OLUNDU  |     16:13 İsrail Müdafiə Qüvvələri Qəzzada "İslami Cihad"ın baş komandirini məhv etdi  |     15:55 Londonun mərkəzində həyəcan siqnalı verildi - Bütün məhəllə boşaldıldı  |     15:40 Sevgilisini bıçaqlayıb, maşınla üzərindən keçdi - Azərbaycanda dəhşət  |     15:29 Şadlıq saraylarında menyuların qiymətləri necədir?  |     15:22 Gələn ilin buraxılış imtahanlarında yenilik olacaq - Detallar  |     15:15 35 su nəqliyyatı vasitəsi hərraca çıxarılacaq - FOTO  |     15:11 Sabah duman olacaq  |     15:02 Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin - Yeni təklif  |    

Castin Biber dərin depressiyadadır - Musiqidən gedir

Kanadalı pop-müğənni Castin Biber qeyri-müəyyən müddətdə musiqi karyerasını dayandırdığını elan edib. Onun sözlərinə görə, bu müddət ərzində olduqca ciddi daxili problemlərini çözməyə çalışacaq.

Bu barədə müğənni şəxsi “Instagram” səhifəsində məlumat paylaşıb.

Müğənni ruh düşkünlüyü keçirdiyini, “hissələrə parçalanmağa” hazır olduğunu bildirib.

Artist deyib ki, yeniyetməlik illərindən bəri verdiyi qastrol konsertləri artıq ona heç bir sevinc gətirmir.

“Bütün yeniyetməlik həyatımı qastrollarda keçirmişəm, yəqin özünüz də görürdünüz ki, son turlarda heç də xoşbəxt deyildim. Mən buna layiq deyiləm. Siz buna layiq deyilsiniz. Canlı, enerjili, şən və rəngarəng şou üçün pul ödəyirsiniz axı”, - deyə Biber yazıb.

Xatırladaq ki, Biber 2018-ci ilin sentyabr ayında mətbuatdan gizli şəkildə model Heyli Bolduinlə evlənib. Onların hələ ki, övladı yoxdur.//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 345 26.03.19 19:36