"Women'secret" mağazası müştəriləri necə aldadır? - FOTOFAKTLAR » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:25 Şəkər xəstəliyindən bu şəkildə qoruna bilərsiniz - TÖVSİYƏ  |     19:07 Dənizin sağlamlıq üçün faydaları üzə çıxdı  |     18:49 Rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslər hakim qarşısına çıxarılırlar  |     18:40 Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ  |     18:31 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür  |     18:22 Azərbaycanda direktor işdən AZAD EDİLDİ  |     18:15 "Bakı Sığorta" ASC ləğv olunur  |     18:07 Anton Krivotsyuk Azərbaycan Premyer Liqasına qayıdır  |     18:00 Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib  |     17:36 Peskov: "Putin "sülh trayektoriyası"na giriş üçün təmaslara açıqdır"  |     17:22 Bakıda küçədən kişi meyiti tapıldı  |     16:56 Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur  |     16:44 Xankəndidə ilk solo konsert keçiriləcək  |     16:29 Şirkətin pullarını "TikTok"da bahalı hədiyyələrə xərclədi - HƏBS OLUNDU  |     16:13 İsrail Müdafiə Qüvvələri Qəzzada "İslami Cihad"ın baş komandirini məhv etdi  |     15:55 Londonun mərkəzində həyəcan siqnalı verildi - Bütün məhəllə boşaldıldı  |     15:40 Sevgilisini bıçaqlayıb, maşınla üzərindən keçdi - Azərbaycanda dəhşət  |     15:29 Şadlıq saraylarında menyuların qiymətləri necədir?  |     15:22 Gələn ilin buraxılış imtahanlarında yenilik olacaq - Detallar  |     15:15 35 su nəqliyyatı vasitəsi hərraca çıxarılacaq - FOTO  |    

"Women'secret" mağazası müştəriləri necə aldadır? - FOTOFAKTLAR

Bakıda brend geyimlərin satışı ilə məşğul olan mağazalarla bağlı tez-tez şikayətlərə rast gəlirik.

Bunlardan biri də "Park Bulvar”da fəaliyyət göstərən "Women’secret” mağazasıdır.

Belə ki, Lalə Qulammirzəyeva martın 12-də sözügedən mağazadan 382 manat dəyərində məhsul alıb. Kartla ödəniş edən müştəri daha sonra bayram tətili üçün rayona yollanıb.

O, bir neçə gün sonra 68 manata aldığı şalvarda defekt olduğunu aşkarlayıb. Belə ki, xanım şalvardan istifadə edən zaman məhsul öz-özünə cırılıb.

Bayram tətilindən qayıdan Lalə Qulammirzəyeva qarşılaşdığı durumla bağlı mağazaya müraciət etsə də, ona sərt reaksiya verilib. Mağazanın sahibi olduğu deyilən Rəhilə Rzayeva müştərinin şikayəti qarşılığında heç bir köməklik göstərə bilməyəcəyini, qanunların onun vecinə olmadığını bildirib.

Mağazanın sahibi müştəri məmnuniyyətini unudaraq, alıcıya qarşı sərt çıxışı ilə yadda qalıb.

Durumdan şikayətçi olan Lalə Qulammirzəyeva ölçü götürülməsi üçün aidiyyatı qurumlara müraciət edəcəyini bildirir.

Qeyd edək ki, qanuna əsasən, əgər alınan mal istehlakçının tələblərinə cavab vermirsə, 14 gün müddətində qaytarıla və ya dəyişdirilə bilər.






Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Mənbə: Yenicag.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 626 26.03.19 16:51