İlon Maska milyardlar qazandıran 10 qızıl qayda » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:07 Dənizin sağlamlıq üçün faydaları üzə çıxdı  |     18:49 Rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslər hakim qarşısına çıxarılırlar  |     18:40 Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ  |     18:31 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür  |     18:22 Azərbaycanda direktor işdən AZAD EDİLDİ  |     18:15 "Bakı Sığorta" ASC ləğv olunur  |     18:07 Anton Krivotsyuk Azərbaycan Premyer Liqasına qayıdır  |     18:00 Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib  |     17:36 Peskov: "Putin "sülh trayektoriyası"na giriş üçün təmaslara açıqdır"  |     17:22 Bakıda küçədən kişi meyiti tapıldı  |     16:56 Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur  |     16:44 Xankəndidə ilk solo konsert keçiriləcək  |     16:29 Şirkətin pullarını "TikTok"da bahalı hədiyyələrə xərclədi - HƏBS OLUNDU  |     16:13 İsrail Müdafiə Qüvvələri Qəzzada "İslami Cihad"ın baş komandirini məhv etdi  |     15:55 Londonun mərkəzində həyəcan siqnalı verildi - Bütün məhəllə boşaldıldı  |     15:40 Sevgilisini bıçaqlayıb, maşınla üzərindən keçdi - Azərbaycanda dəhşət  |     15:29 Şadlıq saraylarında menyuların qiymətləri necədir?  |     15:22 Gələn ilin buraxılış imtahanlarında yenilik olacaq - Detallar  |     15:15 35 su nəqliyyatı vasitəsi hərraca çıxarılacaq - FOTO  |     15:11 Sabah duman olacaq  |    

İlon Maska milyardlar qazandıran 10 qızıl qayda

İlon Mask dünyanın ən uğurlu adamlarından sayılır. İxtiraçı milyarderin “SapceX”, “Tesla”, “The Boring Company” şirkətləri daim yeniliklərə əl atır.
İlon Mask kosmosu fəth etməkdə israrlıdır. İş adamının uğurun açarı saydığı yaşam qaydaları var. Median.Az 10 belə qaydanı sizə təqdim edir:

Ağlasığmaz qrafik

Mask həftədə 80-100 saat işləyir. CBS telekanalına müsahibəsində divanda yatmağın narahat olmasından gileylənmişdi. Pərəstişkarları hətta pul yığaraq, ona yeni divan alıb göndərmişdi.

Reklam etmə, iş gör!

İlon inanır ki, ən yaxşı reklam məhsulun keyfiyyətidir. Əvvəlcə əmin olmalısan ki, istehsal etdiyin mal adamlara lazımdır. Yalnız bundan sonra marketinq şirkəti haqda düşünmək olar.

Xalqa yaxın olmaq

İş adamı 20 milyon izləyicisi olan “Twitter” hesabını özü idarə edir. Mask təkcə tvit atmır, həm də adamlarla ünsiyyətə girir, sualları şəxsən özü cavablandırır.

Oxumaq

İlon deyir ki, boş vaxtı olan kimi bunu oxuya sərf edir. Ən çox sevdiyi kitab “Qalaktikaya avtostopla səyahət”dir. O, inanır ki, oxumaq insan zəkasının miqyasını genişləndirir.

Patentlərə yox!

2014-cü ildə Mask şirkətlərinin patentlərindən imtina etmişdi. İstənilən adam bunlardan bəşəriyyət naminə istifadə edə bilər. Mask düşünür ki, patentlər və ya başqa hüquqi sənədləşdirmə inkişafa mane olur.

Pul məqsəd deyil

İnanmaq çətindir, amma Mask gördüyü işləri pul yox, öz idealları üçün edir. İlon uzaq planetlərin fəthini, bütün bəşəriyyətin xilasını arzulayır. Amma bütün bunları həyata keçirmək üçün də pul lazımdır.

Əməkdaşların problemlərini həll etmək

İlon şirkət əməkdaşlarının problemlərini şəxsən özü həll etməyi xoşlayır. Onu adi işçilərlə səmimi söhbət edən yerdə çox görmək mümkündür.

Başqasının fikrinə qulaq asma

İş adamı tənqidlərə qulaq asır, nəticə çıxarır. Amma başqasının fikri ilə hərəkət edən deyil. Özünə inanmalısan.

Danışmağı öyrənmək


Mask elektron poçtu çox xoşlayır. Əməkdaşlara tövsiyələrlə dolu çox məktub göndərir. Əsas tövsiyələrdən də biri odur ki, fikrini izah etməyi, danışmağı öyrən. İlon işə əməkdaş götürəndə də bu amilə nəzər yetirir.

Və ən əsas qayda: heç bir qayda yoxdur!

İş adamı əmindir ki, bəzi qaydaları mütləq pozmaq lazımdır. İnsan sağıam təfəkkürünə və intuisiyasına daha çox güvənməlidir. İnstinktləri Maska uğur qazanmağa çox kömək edib.//bizimyolinfoскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 553 25.03.19 23:54