Türkiyənin xarici işlər naziri Mölud Çavuşoğlu ABŞ-ın İsrailin Colan yüksəklikləri üzərində suverenliyini rəsmən tanımasına münasibət bildirib.
Median.Az-ın report-a istinadən məlumatına görə, nazir "Twitter" yazıb ki, ABŞ İsrailin Colan yüksəklikləri üzərində suverenliyini tanımaqla, yenidən beynəlxalq hüquqa etinasızlıq edib.
"ABŞ yenə də, beynəlxalq hüquqa məhəl qoymadı. Lakin bu qərar İsrailin işğalını heç bir zaman qanuniləşdirməyəcək. Əksinə, bu regiondakı gərginliyi daha da gücləndirməklə yanaşı, Yaxın Şərqdə sülh istiqamətində göstərilən səyləri əngəlləyəcək", - deyə nazir bildirib.