Rusiya vətəndaşlarının Türkiyəyə pasportsuz səyahətlərinin təmin edilməsi üçün işlər aparılır.
“Habertürk”ün yaydığı məlumata görə, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.
“Rusiya vətəndaşlarının Türkiyəyə pasportsuz, şəxsiyyət vəsiqəsi ilə gəlməsini təmin etmək məqsədilə danışıqlara başlamışıq.
Martın 28-də Rusiya XİN başçısı Sergey Lavrov Antalyaya gəlir. Antalyada bu barədə ətraflı danışacağıq. Aprelin 8-də Moskvaya gedəcəyik”, - Çavuşoğlu bildirib.