Parisdə “sarı jiletlilər”in növbəti etiraz aksiyası zamanı 51 nəfər saxlanılıb.
“TASS”ın verdiyi xəbərə görə, bu barədə şəhər polisinin açıqlamasında deyilir.
Polis tərəfindən araşdırılan şəxslərin sayı 4,6 min nəfərə, cərimə tətbiq olunanların sayı 29 nəfərə çatıb. Onların arasında hərəkatın fəallarından olan Erik Drue də var. Drue “razılaşdırılmamış aksiya” keçirdiyinə görə cəzalandırılıb.
“Sarı jiletlilər”in təşkil etdiyi 19-cu etiraz aksiyası zamanı asayişin qorunması üçün təxminən 6 min polis əməkdaşı cəlb olunub. Polis aksiya fəallarının hərəkətlərini izləmək üçün dronlardan da istifadə edib.