Nəhəng səyahət gəmisi Norveç sahillərində həyəcan siqnalı verib.
Median.Az Axar.az-a xəbər verir ki, gəmidə 1300 sərnişinin olduğu qeyd edilib.
Həyəcan siqnalına gəminin motorunda yaranan problem səbəb olub. Sərnişinlərin təxliyə ediləcəyi bildirilir.
Qeyd edək ki, gəminin hansı ölkəyə məxsus olduğu və hara getdiyi barədə məlumat yoxdur.