Tbilisi yaxınlığında yerləşən Kvemo-Poniçala ərazisində azərbaycanlı ailənin üç üzvü saxlanılıb.
Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, saxlanılanlar Ələskərovlar ailəsindən - ana və iki oğludur.
Polisin keçirdiyi xüsusi əməliyyat tədbirləri nəticəsində əvvəlcə qadın, bir neçə saat davam edən yoxlanışdan sonra oğulları saxlanılıb.
Ələskərovlar ailəsinin aparılmasına etiraz edən yerli sakinlərlə hüquq-mühafizə orqanları əməkdaşları arasında toqquşma baş verib. Sakinlər yolu bağlamağa çalışıblar.
Ailə vəkilinin sözlərinə görə, onların saxlanılmasına səbəb Ələskərovlara məxsus avtomobildən bir neçə bağlama narkotik vasitənin tapılması olub.