Türkiyənin Antalya şəhərində avtobus qəzaya uğrayıb.
Median.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 15 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir. Yaralılardan ikisinin vəziyyəti ağır olaraq dəyərləndirilir.
Qeyd olunur ki, xəsarət alanların hamısı Türkiyə vətəndaşlarıdır.
Qəzanın hansı səbəbdən baş verməsi hələ məlum deyil.