Əlcəzair hökuməti ölkədə kütləvi etirazlar fonunda istefaya gedib.
RİA Novosti-nin məlumatına görə, bu barədə ölkə prezidentinin rəsmi dəftərxanası bəyanat yayıb.
Fevralın 22-dən davam edən kütləvi etirazlara səbəb prezident Əbdüləziz Buteflikinin yenidən prezident seçilmək istəyidir.
Vətəndaşlar prezidentin çox qoca və xəstə olduğunu, ölkəni müstəqil idarə edə bilmədiyini əsas gətirirlər.