Hindistan və Pakistan arasında növbəti insident: yaralılar var » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:27 Bakıda anadan olan Beqlov Sankt-Peterburq qubernatoru seçkisində öndədir  |     15:19 Vəfat edən məşhur rusiyalı teleaparıcının varislərinə qoyduğu böyük miras məlum oldu  |     15:16 Ermənistan Azərbaycana tam razılaşdırılmış sülh müqaviləsi layihəsini təqdim edib  |     14:59 Son 5 ildə neçə uşaq övladlığa verilib?  |     14:48 Bakıda şirkətə qarşı 17 min manatlıq dələduzluq olub  |     13:26 Sumqayıtda avtotəmir sexi yanır - VİDEO  |     12:44 Azərbaycanda kişi arvadını güllələdi  |     12:42 Azərbaycanda DƏHŞƏT: İki yaşlı uşaq masaj edilərkən öldü  |     11:59 GTA 6 nə vaxt buraxılacaq?  |     11:51 Qətər Qəzza sakinlərinə kömək üçün 4.5 milyon dollar ayıracaq  |     11:41 Sürücülərin NƏZƏRİNƏ: "Lökbatan" dairəsindən mərkəz istiqamətinə yol BAĞLIDIR  |     11:37 Bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ  |     11:31 Namaz qılmaq üçün məscidə getdi - Yoxa çıxdı  |     11:24 Azərbaycan müdafiə naziri Türkiyəyə başsağlığı verdi  |     22:18 İstifadəçilər “Windows 11”ə daha tez keçdilər – SƏBƏB  |     21:45 Daşınmaz əmlaka dair sənədlərin həqiqiliyini yoxlamaq mümkündür - VİDEO  |     21:41 Turizm üçün ən yaxşı ölkə  |     21:35 Ləhic bağlarından OĞURLUQ  |     21:25 Bu ölkədə meymunlara görə referendum keçirilir  |     21:18 Firon İkinci Ramzesin qılıncı tapıldı  |    

Hindistan və Pakistan arasında növbəti insident: yaralılar var

Hindistanla Pakistan arasında növbəti silahlı insident qeydə alınıb.

Bununla bağlı “Kashmir Reader” qəzeti məlumat yayıb.

Hindistan tərəfinin verdiyi məlumata əsasən, Pakistan ordusunun artilleriya zərbələri nəticəsində Baramul rayonunda dörd dinc sakin yaralanıb. Yaralılardan biri qadındır. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Son bir neçə həftə ərzində Hindistan və Pakistanın ərazi iddialarının olduğu mübahisəli Kəşmir bölgəsində gərginlik pik həddə çatıb. Eskalasiyaya fevralın 14-də Caiş-i Məhəmməd qruplaşmasından olan terrorçu-kamikadzenin Camma ştatında hərbi polisi daşıyan avtobusların yaxınlığında törətdiyi partlayış səbəb olub.

Terror hücumu nəticəsində 45 nəfər həyatını itirib. Qanlı insidentdən sonra Hindistan İslamabadı terrorçu qruplaşmaları dəstəkləməkdə ittiham edib. İslamabad bu ittihamları əsassız sayaraq, terror hücumunu birlikdə araşdırmağı təklif edib. İnsident Dehli ilə İslamabad arasında gərginliyi ən yüksək həddə, hətta hava toqquşmaları həddinə çatdırıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 089 11.03.19 11:59