Gürcüstanda 250-ə yaxın azərbaycanlının təhsil aldığı universitet bağlanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:49 Rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslər hakim qarşısına çıxarılırlar  |     18:40 Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ  |     18:31 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür  |     18:22 Azərbaycanda direktor işdən AZAD EDİLDİ  |     18:15 "Bakı Sığorta" ASC ləğv olunur  |     18:07 Anton Krivotsyuk Azərbaycan Premyer Liqasına qayıdır  |     18:00 Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib  |     17:36 Peskov: "Putin "sülh trayektoriyası"na giriş üçün təmaslara açıqdır"  |     17:22 Bakıda küçədən kişi meyiti tapıldı  |     16:56 Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur  |     16:44 Xankəndidə ilk solo konsert keçiriləcək  |     16:29 Şirkətin pullarını "TikTok"da bahalı hədiyyələrə xərclədi - HƏBS OLUNDU  |     16:13 İsrail Müdafiə Qüvvələri Qəzzada "İslami Cihad"ın baş komandirini məhv etdi  |     15:55 Londonun mərkəzində həyəcan siqnalı verildi - Bütün məhəllə boşaldıldı  |     15:40 Sevgilisini bıçaqlayıb, maşınla üzərindən keçdi - Azərbaycanda dəhşət  |     15:29 Şadlıq saraylarında menyuların qiymətləri necədir?  |     15:22 Gələn ilin buraxılış imtahanlarında yenilik olacaq - Detallar  |     15:15 35 su nəqliyyatı vasitəsi hərraca çıxarılacaq - FOTO  |     15:11 Sabah duman olacaq  |     15:02 Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin - Yeni təklif  |    

Gürcüstanda 250-ə yaxın azərbaycanlının təhsil aldığı universitet bağlanıb

Tbilisidə fəaliyyət göstərən özəl Gürcüstan-Avropa Universitetinin akkreditasiyası ləğv olunub.

Median.Az
"Report"a istinadən bildirir ki, ali məktəbin avtorizasiyadan keçmək üçün son tarix bu ilin avqustunda başa çatsa da, universitetdə tədris prosesi mart ayının 4-dən etibarən dayandırılıb.

Tələbələr ali məktəbin akkreditasiyasının ləğv olunmasına etiraz edirlər. Bununla bağlı tələbə özünüidarəetmə qurumunun üzvləri mətbuat konfransı keçiriblər. Onlar universitetdə tədris prosesinin bərpasını tələb ediblər.

Bildirilib ki, 2013-cü ildə təsis olunan Gürcüstan-Avropa Universitetində hazırda 500-ə yaxın tələbə təhsil alır. Onların təqribən 250-si Azərbaycan vətəndaşıdır.

Tələbə özünüidarəetmə qurumunun üzvləri məsələ ilə bağlı Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyində görüş keçiriblər. Gələn həftə ali məktəb nümayəndələrinin parlamentin Təhsil, elm və mədəniyyət komitəsinin üzvləri ilə görüşəcəyi gözlənilir.

Gürcüstan-Avropa Universitetinin tələbələri qeyd ediblər ki, ali məktəbin akkreditasiyasının bərpa olunması istiqamətində hüquqi müstəvidə mübarizəni davam etdirəcəklər.

Qeyd edək ki, hazırda Gürcüstanda ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı 2 124 nəfər təşkil edir. Onların 470-i dövlət, 1 654-ü isə özəl universitetlərdə təhsil alır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 302 09.03.19 22:45