Venesuelanın 23 ştatından 21-də elektrik enerji təchizatında ciddi problemlər yaranıb.
Bu barədə El Nacional nəşri məlumat yayıb.
Bildirilir ki, ölkənin əsas hava limanı, paytaxt metrosu da işıqsız qalıb. Eyni zamanda mobil rabitədə problemlərin yarandığı deyilir.
Rəsmi qurumlar bunu “El-Quri” su elektrik stansiyasındakı təxribatla əlaqələndirib.
Nikolas Maduro isə baş verənlərdə ABŞ imperializmi günahlandırıb.
Bəzi məlumatlara görə, artıq ölkənin şərq hissəsində elektrik enerji təchizatı qismən bərpa olunub.