İngiltərənin paytaxtı Londonda Hitrou və Siti aeroportları ilə Vaterloo metro stansiyası yaxınlığında 3 şübhəli bağlamada partlayıcılar tapılıb.
Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, bağlamadakı partlayıcılar əllə hazırlanıb. Hər üç bağlama açıldığı halda yanğınlar törədə biləcəyi bildirilib.
Ağ zərflərdə olan partlayıcılar bir-biri ilə əlaqəli olub. Polisin vaxtında müdaxiləsi səbəbindən hava limanlarının və metronun qrafikində ləngimə olmayıb.