Fransız avtomobil şirkəti “Bugatti” 110 illiyi münasibətilə yeni modeli “La Voiture Noire”ni təqdim edib.
Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, yalnız bir ədəd istehsal olunan bu model eyni zamanda dünyanın ən bahalı avtomobili sayılır. Maşının dəyəri 11 milyon avrodur. Yeni model artıq özünə alıcı da tapıb. Ancaq onun adı açıqlanmır.
Qeyd edək ki, “La Voiture Noire” “Bugatti”nin “Type 57 SC Atlantic” modelinin interpretasiyasıdır.