Hindistanın Uttar-Pradeş ştatında 24 saat ərzində iki nəfər vəhşi meymunların qurbanı olub.
Bu barədə “Daily Mail” nəşri yazır.
Ölənlərdən biri açıq terrasda xörək bişirən 60 yaşlı qadındır. Qadın meymunlardan xilas olmaq istəyəndə yıxılıb. Onu xəstəxanaya çatdırsalar da, qadın aldığı zədələrdən dünyasını dəyişib.
İkinci hücum qonşu kənddə baş verib. Meymunlar evin damında dayanan 20 yaşlı gəncə hücum ediblər. Nəticədə, sonuncu yıxılıb və ölüb.
Yerli sakinlər iddia edirlər ki, meymunlar bir neçə il əvvəl insanlara hücum etməyə başlayıblar. Onlar bunu heyvanların kəskin artımı ilə əlaqələndirirlər.