ABŞ Prezidenti Donald Tramp orta hesabla gündə 22 dəfə yalan və ya çaşdırıcı fikirlər söyləyir.
Median.Az xəbər verir ki, bu barədə mütəmadi olaraq dövlət başçısının çıxışlarını təhlil edən “The Washington Post” nəşri yazıb.
Belə ki, öz mənbələrinə istinadən nəşr D.Trampın ABŞ Prezidenti kürsüsündə keçirdiyi 773 gün ərzində 9 mindən artıq şübhəli fikir söylədiyini diqqətə çatdırıb.
Son olaraq martın 3-də illik Mühafizəkar Siyasi Hərəkat Konfransı zamanı dövlət başçısının nitqində şişirdilmiş rəqəmlər, “qırmızı” yalan, əsassız lovğalıq kimi məqamların olduğu bildirilir. Ümumiyyətlə, həmin nitqində onun 104 yalan fikir söyləndiyi hesablanıb.
Həmin gün D.Tramp tərəfindən açıqlanan qeyri-dürüst fikirlər sırasında ABŞ tarixinin ən böyük vergi azalmasının məhz onun hakimiyyəti dövründə baş verdiyi, Meksika sərhədində divar inşasına başladıqları, bu gün ABŞ iqtisadiyyatının tarixi zirvəyə qalxması barədə iddialar yer alıb.//report.az