İranın cənub-qərbindəki Çaharmahal-Bəxtiyarı əyalətində təcili yardım helikopteri qəzaya uğrayıb.
Bununla bağlı “Mehr” agentliyi məlumat yayıb.
Məsələ ilə bağlı açıqlama verən İran Fövqəladə Hallar Qurumunun mətbuat katibi Mücteba Halidi deyib ki, qəza helikopter hamilə qadına yardım etmək üçün əyalətə uçan zaman baş verib.
Şehrikürd şəhərində baş verən hadisə zamanı ikisi tibb işçisi olmaqla, beş nəfər ölüb.