Nobel laureatı, Sovet və Rusiya akademiki Jores Alferov 89 yaşında dünyasını dəyişib.
Bu haqda “RİA Novosti” akademikin həyat yoldaşına istinadən məlumat yayıb.
Ölüm səbəbi barədə açıqlama verilmir.
Alim 2018-ci ilin noyabr ayında insult diaqnozu ilə xəstəxanaya düşmüşdü.
Alferov Rusiya hüdudlarında yaşayan yeganə Nobel laureatı (fizika üzrə) hesab olunurdu. O, 1991-2017-ci illərdə Rusiya Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsini tutub. 2000-ci ildə yarımkeçirici texnikalardakı ixtiralarına görə Nobel mükafatı qazanıb.