Pakistan və Hindistan arasında yaranmış hərbi insident nəticəsində əsir düşmüş komandir Abhinandan Varthaman bu axşam öz ölkəsinə təhvil verilib.
RİA Novosti-nin məlumatına görə, Hindistanın əsas xəbər kanallarının hamısı bu barədə xüsusi canlı yayım edib. Hindistan sərhədi tərəfdə toplanmış sakinlər və KİV nümayəndələri hərbi pilotu milli qəhrəman kimi qarşılayıblar.
Xatırladaq ki, fevralın 27-də Pakistanın Hindistanın iki təyyarəsini vurmaqla iki ölkə arasında gərginlik pik həddə çatıb.
Hindistan və Pakistan aviasiyaları arasında baş verən hava döyüşündə 27 təyyarə iştirak edib.Hindistan Hərbi Qüvvələri dörd Su-30, iki təkmilləşdirilmiş “Dassault Mirage” və iki MiQ-21 qırıcısından istifadə edib. Sonuncu iki qırıcıdan biri döyüş zamanı vurulub, Hindistan tərəfi bunu təsdiqləyib.Pakistan isə havaya 24 təyyarə qaldırıb.
Aviasiya zəncirinin komandiri Abhinandan Varthaman F-16-ya hücum edərək R-73 raketindən istifadə edib, lakin elə bu zaman onun MiQ-21 qırıcısı F-16 tərəfindən AIM-120 AMRAAM raketi ilə vurulub.
Varthaman katapult edib və pakistanlılar tərəfindən saxlanılıb.
Pakistanın baş naziri İmran Xan gərginliyin aradan qaldırılması naminə əsir götürülən hindistanlı pilotun martın 1-də sərbəst buraxacağını söyləmişdi.