ABŞ Ben Ladenin oğlunun “başına” mükafat qoydu » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:34 Xəstəxanaya aparılan səkkiz yaşlı qız yolda öldü  |     13:20 Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib  |     12:57 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər  |     12:53 Avtоmоbilini keyfiyyətsiz təmir edən ustanı döyən şəxsin cəzası azaldıldı  |     12:33 Polkovnikin oğlu ev dustaqlığına buraxıldı  |     12:25 Ermənistanda Təbriz sakini azərbaycanlı olduğuna görə dəfələrlə döyülüb - VİDEO  |     12:17 "Qalatasaray" dünya çempionunu transfer etmək istəyir  |     12:09 Rusiya İstintaq Komitəsi azərbaycanlı tələbələrin şüarlarında ekstremizm faktları aşkar etməyib  |     11:57 Bakıda gənc oğlan qaynar suda YANARAQ ÖLDÜ  |     11:52 Nəriman Nərimanov rayonunda istilik PROBLEMİ - VİDEO  |     11:46 Dünyanın ən bahalı zibil torbasının dəyəri 780 milyon dollara çatdı  |     11:22 "Bitcoin"in qiyməti tarixi maksimumunu yenilədi  |     22:55 Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib  |     22:36 Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib  |     22:15 Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi  |     21:56 Xeyrullah Hümbətov vəfat etdi  |     21:45 Putin: Ukraynadakı münaqişə qlobal xarakter alıb  |     21:28 Bu şəxslərin əmək haqları artırıldı  |     21:17 Mərakeşdə təlim təyyarəsi qəzaya uğrayıb, iki hərbçi həlak olub  |     21:05 ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib  |    

ABŞ Ben Ladenin oğlunun “başına” mükafat qoydu

Amerika Birləşmiş Ştatları Əl-Qaidə terror qruplaşmasının keçmiş lideri Usama Ben Ladenin oğlu Həmzə barədə məlumat verən şəxsə bir milyon dollar mükafat veriləcəyini elan edib.

Bu barədə BBC məlumat yayıb.

ABŞ dövlət departamenti Həmzə Ben Ladenin terrorçu qruplaşmanın yeni rəhbəri olacağından ehtiyat edir.

Son bir neçə ildə o, müxtəlif səs və videoyazılar yayaraq, tərəfdarlarını ABŞ və onun Qərb ölkələrindən olan müttəfiqlərinə hücumlar həyata keçirməyə, atasının qisasını almağa çağırıb.

Qeyd edək ki, Birləşmiş Ştatların xüsusi təyinatlı dəstəsi qaçaq düşmüş keçmiş Əl-Qaidə lideri Ben Ladeni 2011-ci ildə Pakistanda qətlə yetirib.

Ben Laden üç mindən çox insanın həyatına son qoymuş 11 sentyabr terror aktını təşkil etməkdə təqsirli bilinir.

Hazırda 30-a yaxın yaşı olan oğlu iki il əvvəl ABŞ tərəfindən rəsmi olaraq terrorçu elan olunub.

Onun 11 sentyabr terror aktında istifadə olunan dörd təyyarədən birini qaçırmış Məhəmməd Attanın qızı ilə evləndiyi bildirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 559 01.03.19 11:35