Türkiyənin İstanbul şəhərindən Rusiyanın paytaxı Moskvaya uçan "Turkish Airlines" hava şirkətinə məxsus sərnişin təyyarəsi Odessada qəza enişi edib.
Median.Az "Report"a istinadən bildirir ki, hadisə vaxtı "Boeing 737"də 122 sərnişin olub. Təyyarə yüksəklik məsafəsini kəskin şəkildə aşağı salıb və Odessada hava limanına eniş edib. Təyyarənin heyət üzvləri enmədən əvvəl hava maşınının sistemində yağın təzyiqinin aşağı olduğunu bildiriblər.
Hazırda mütəxəssislər təyyarəyə baxış keçirirlər.