Ukraynada daha bir qrup “Eurovision”dan imtina etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:45 Ağstafada avtomobil piyadanı vuraraq öldürüb  |     22:11 Bu ölkənin Bakıda konsulluq şöbəsi açılacaq  |     21:45 "Sabah" "Kəpəz"lə heç-heçə edib  |     21:25 Mişustin COP29-da Rusiya nümayəndə heyətinin tərkibini təsdiqləyib  |     21:07 Bakıda sexdə yanğın - avtomobillər yandı  |     20:43 47 yaşlı müəllim qəfil vəfat etdi  |     20:35 Sirkə turşusu can aldı  |     20:29 “Qremmi”də nominasiyaların sayına görə liderdir  |     20:22 Mədəsindən 65 yad cisim tapılan uşaq öldü  |     20:17 “Evdə tək”in ulduzu bir neçə ildən sonra filmə çəkiləcək  |     20:10 Gecə Bakının girişində “Hyundai” aşdı - Video  |     20:04 Stres, yoxsa narahatlıq?  |     19:59 İran 2 milyon əfqan qaçqını ölkədən çıxaracaq  |     19:50 Ən uzun uçuş nə qədərdir və təyyarədə nələr var?  |     19:44 Yağıntılı hava şəraiti nə qədər davam edəcək?  |     19:37 İranda etiraz əlaməti olaraq soyunan tələbə ruhi xəstəxanaya göndərildi  |     19:31 Sosial şəbəkələrdə yeni yayılan dələduzluqda bank kartları və hesablar sındırılır? - VİDEO  |     19:24 Xan Şuşinskinin nəvəsinin toyu oldu (VİDEO)  |     19:15 Britaniya Bakıda keçiriləcək COP29 öncəsi səyləri birləşdirməyə çağırıb  |     19:09 COP konfransları dünyaya nə verir?  |    

Ukraynada daha bir qrup “Eurovision”dan imtina etdi

Daha bir qrup - “Brunnetes Shoot Blondes” Ukraynanı “Eurovision -2019”da təmsil etmək niyyətində deyil.

Median.Az
“RİA Novosti”yə istinadən xəbər verir ki, milli seçim turlarında 4-cü yeri tutan qrup onlara müsabiqədə iştirakla bağlı təklif gələrsə, razılaşmayacaqlarını bəyan ediblər:

"Əvvəlcədən bildirmək istəyirik ki, "Eurovision-2019"da iştirak etməyimizlə bağlı təklif gələrsə, rədd edəcəyik. Çünki biz milli seçimləri qazanmamışıq və bu səfər bizim deyil".

Xatırladaq ki, “Eurovision”un milli seçim turlarında müğənni Maruv qalib gəlmiş, ancaq Rusiyaya qastrol səfərləri səbəbindən siyasi qalmaqalın mərkəzinə çevrilmişdi. Daha sonra məlum olmuşdu ki, Maruva təşkilatçılar tərəfindən Rusiyaya səfəri qadağan edən müqavilə təqdim olunub. Maruv isə müqaviləni imzalamaqdan imtina edərək “Eurovision”a getməyəcəyini açıqlayıb.

Maruvdan sonra milli seçim turlarında ikinci yeri tutmuş “Freedom-Jazz Girls Band” və üçüncü yerin sahibi “Kazka” qrupları da “Eurovision”da iştirakdan imtina ediblər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 444 27.02.19 21:04