Rusiya ilə diplomatik münasibətlərin bərpası hazırda mümkün deyil.
Median.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Tiflisdə jurnalistlərə açıqlamasında Gürcüstan Baş naziri Mamuka Baxtadze deyib. Onun sözlərinə görə, Gürcüstanın ərazi bütövlüyü bərpa edilməyənə qədər Moskva ilə yaxınlaşma olmayacaq.
O, Zurab Abaşidze ilə Qriqori Karasinin Praqada fevralın 27-də baş tutacaq görüşünün iqtisadi və humanitar məsələlərin həllinə yönəldiyini bildirib.
Qeyd edək ki, Tiflis ölkəyə qaz idxalının "şaxələnməsi" iddiası ilə Rusiyadan qaz almaq üçün danışıqları yekunlaşdırmaq üzrədir.