Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker həyat yoldaşının zənginə görə Misirdəki sammitin nəticələrinə dair keçirilən mətbuat-konfransındakı çıxışını yarıda kəsib.
Median.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, "üzr istəyirəm, arvadım zəng edir" deyərək, Yunker telefon zənginə cavab verib.
Avrokomissiya rəhbərinin bu hərəkəti zaldakı jurnalistlərin gülüşünə səbəb olub.
Qeyd edək ki, Ərəb Ölkələri Liqası və Avropa İttifaqının ilk sammiti Misirin kurort şəhəri olan Şarm-əş-Şeyxdə keçirilir. Görüşdə avropa və ərəb liderləri iştirak edir.