Rusiyanın Orenburq vilayətində 2-si uşaq, biri böyük olmaqla 3 nəfər qripdən dünyasını dəyişib.
Median.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin regional şöbəsinin məlumatında bildirilir. Qeyd edilir ki, yoluxma halları əsasən Orenburq, Orsk və Sol-İlets şəhərlərində qeydə alınıb.
Ölüm faktına səbəb isə xəstələrin həkimə gec müraciət etmələridir. Xəstələrdən yalnız 3,8%-i stasionar şöbələrə yerləşdirilib.