Modelyer Karl Laqerfeldin ölüm səbəbi açıqlanıb.
Median.Az “Public”ə istinadən xəbər verir ki, modelyer mədəaltı vəzi xərçəngindən əziyyət çəkib. Fevralın 18-də təcili xəstəxanaya yerləşdirilən Laqerfild gecə saatlarında Neyi-syur-Sen şəhərində dünyasını dəyişib.
Son vaxtlar modelyerin səhhətinə və ağır iş tempinə görə zəiflədiyi qeyd edilib.
Karlın ölümündən sonra onun varisi "Chanel" dizayn-studiyasının direktoru Vircinia Viar olub.