16 ştat Trampı məhkəməyə verdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:45 Axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya olunub  |     20:06 AZAL təyyarəsinin qəzaya uğradığı yerdə iki registrator tapılıb  |     18:56 Türkiyə ordusu bu il 3 min 21 terrorçu öldürüb  |     18:46 "Aqrarkredit" Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb  |     18:15 Moskvanın hava limanları bağlandı  |     17:25 Çin lideri Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib  |     17:17 Sabah Sumqayıtda 105 000 abonent qazsız qalacaq  |     17:05 Kişi ona çay süzməyən arvadını döydü  |     17:04 Aktauda qəzaya uğrayan AZAL təyyarəsi Rusiya hava məkanında hücuma məruz qalıb  |     16:58 Bosfor boğazında gəmilərin hərəkəti dayandırıldı  |     15:30 NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb  |     15:18 Daha 2 "tiktok"er həbs edildi  |     14:55 Meyxanaçı Balaəli məhkəməyə verildi  |     14:45 Pezeşkian İlham Əliyevə başsağlığı verdi  |     14:04 Əməkdar artist Almaz Mustafayevanın anım günüdür  |     13:36 Bakıda yağış, dağlıq rayonlarda qar yağacaq - SABAHIN HAVASI  |     13:30 Kolumbiyada güclü zəlzələ baş verdi  |     13:11 Təyyarə qəzasında həlak olan Hökumə Əliyevanın da cəsədi tapıldı (YENİLƏNİB)  |     12:55 Söyüdlü (Zod) qızıl yatağının hansı qaydada işlədiləcəyi müəyyənləşəcək  |     12:43 "Embraer": "AZAL-ın qəzaya uğrayan təyyarəsinin göyərtəsində defekt aşkar edilməyib"  |    

16 ştat Trampı məhkəməyə verdi

ABŞ-ın 16 ştatının rəhbərliyindən ibarət koalisiya (başda Kaliforniya ştatı olmaqla - red.) Meksika divarının maliyyələşməsi məqsədilə ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edən prezident Donald Trampı məhkəməyə verib.

Bu barədə BBC məlumat yayıb.

Kollektiv şikayət ərizəsi Kaliforniya ştatının Northern District məhkəməsinə təqdim olunub.

Qeyd edək ki, bir neçə gün əvvəl Ağ Ev rəhbəri hələ prezident seçilməzdən əvvəl vəd etdiyi Meksika divarının inşası üçün ona əngəl olan Konqresin öhdəsindən gəlmək məqsədilə Birləşmiş Ştatlar ərazisində fövqəladə vəziyyət elan edib.

Trampın bu addımla səlahiyyətlərini aşdığını iddia edən demokratlar hər vəchlə onun ləğvinə nail olmağa çalışacaqlarını bildirib.

Kaliforniyanın baş prokuroru Xavyer Bekkera prezidentin vəzifəsindən sui-istifadə etməsinə əngəl olmaq üçün Trampı məhkəməyə verdiklərini açıqlayıb.

“Vergi ödəyicilərindən yığılmış və Konqresin qanuni şəkildə ştatların əhalisi üçün ayırdığı vəsaitdən özbaşına istifadəsini dayandırmaq üçün prezident Trampı məhkəməyə veririk”, - deyə Bekkera bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 555 19.02.19 12:11