Gürcüstanda qrip virusunun daha çox yayılmasının səbəbləri açıqlanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:59 İki günlük körpənin xəstəxanada naməlum ölümü  |     22:51 Parisdə mitinq iştirakçıları Makronun istefasını tələb ediblər  |     22:29 Zaqatalada yol qəzası zamanı xəsarət alan beş nəfərin kimliyi məlum olub - FOTO - YENİLƏNİB  |     22:17 Parisdə keçirilən aksiyada Avropa İttifaqının bayrağı cırılıb  |     21:51 Tramp Zukerberqi “sui-qəsddə” günahlandırıb və onu həbsxanaya göndərməklə hədələyib  |     21:47 Durovun saxlanılması hücumun bir hissəsidir - Filippot  |     21:17 İran prezidenti bu axşam ilk dəfə xalqa müraciət edəcək  |     21:10 Alimlər Yerin yaxınlığında üçüncü qlobal sahə tapdı  |     21:02 Qazaxıstanda dörd nəfər şaxtada zəhərlənərək ölüb  |     20:52 Sentyabrın 3-də bu ərazilərdə su olmayacaq  |     20:44 700 bal toplayan, yoxsa olimpiya çempionu? - Elə cavab verdi ki...  |     20:34 Qış parkında yay günü eskalatorları niyə "don vurdu"?  |     20:26 Paris-2024: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb  |     20:18 Lənkəranda qonşular arasında dava düşüb, 5 nəfər xəsarət alıb  |     20:06 İmişlidə müəllim intihar edib  |     19:46 XİN rəsmisi: Azərbaycanın İtaliyadan silah aldığı barədə iddia həqiqəti əks etdirmir  |     19:33 Ayxan Hacızadə: Azərbaycanla Ermənistan Konstitusiyası arasında paralellik və bərabərlik yaratmaq cəhdi qəbuledilməzdir  |     19:23 Bakıda 18 yaşlı qız binadan yıxılıb öldü  |     19:10 UEFA Çempionlar Liqasının yeni formatdakı oyunlarının SİYAHISI - FOTO  |     18:29 Bakıda 17 yaşlı qız itkin düşdü  |    

Gürcüstanda qrip virusunun daha çox yayılmasının səbəbləri açıqlanıb

Son vaxtlar qrip virusunun, xüsusən də “donuz qripi”nin Gürcüstanda daha çox yayılması ilə bağlı müxtəlif fikirlər səslənir.

Median.Az
xəbər verir ki, bəzi ekspertlər qonşu ölkələrlə müqayisədə Gürcüstanda qripin daha çox yayıldığını bildirirlər və bunun səbəblərini araşdırırlar. Bildirilir ki, Gürcüstanda vəziyyətin daha kəskin olmasının ciddi səbəbləri var: Gürcüstan güclü islahatlar həyata keçirib, Avropa standartlarına uyğun klinikalar yaratsa da, xəstəliklərə mərkəzləşdirilmiş nəzarət zəifləyib.

Mütəxəssislərin fikrincə, bu gün Xəstəliklərə Nəzarət Milli Mərkəzinin istər sərhədlərə nəzarət, istərsə də virusla bağlı vəziyyətə təsir edəcək mexanizmləri yoxdur. Epidemioloji təhlükəsizliyə cavabdeh olan xidmət orqanları isə demək olar ki, fəaliyyət göstərmir. Ona görə də virusoloji xəstəliklər Gürcüstanda daha çox tüğyan edir.

Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru, sabiq səhiyyə naziri Amiran Qamkrelidze bildirib ki, hazırda ölkədə əhalinin hər 100 min nəfərindən 186-sı qripə yoluxub. “Donuz qripi”ndən ölənlərin sayı isə 22 nəfərdir. Məktəblərdə demək olar ki, dərslər keçirilmir. Bu, böyük rəqəmdir və ciddi riskdir. Ona görə ki, bu cür hal hətta 2009-2010-cu illərdə də olmayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 410 18.02.19 21:30