Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili etnik mənsubiyyəti araşdıran genetik testdən keçib.
Bu test hazırda ABŞ-da çox populyardır və insanın min il ərzində əcdadlarının hansı xalqın nümayəndələri olmasına dair nəticələri ortaya çıxarır.
Bu barədə eks-prezident özünün “Facebook” səhifəsində yazıb.
“Heç demə, məndə bir damla da olsun qeyri-gürcü qanı yoxdur. Mən 99 faiz gürcü,1 faiz yunan qanına malikəm. Lakin, hər bir halda gürcüyəm. Mən əlbəttə ki, bütün qonşularımıza hörmət edirəm, Gürcüstanın istənilən etnik mənsubiyyətə sahib vətənpərvərlərini sevirəm. İndi məni digər etnosa aid edənlər qoy genetik testdən keçsinlər”, - deyə o bildirib.