Dövlət Departamenti Ermənistanın Suriyadakı missiyasını dəstəkləmir » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:20 Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib  |     12:57 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər  |     12:53 Avtоmоbilini keyfiyyətsiz təmir edən ustanı döyən şəxsin cəzası azaldıldı  |     12:33 Polkovnikin oğlu ev dustaqlığına buraxıldı  |     12:25 Ermənistanda Təbriz sakini azərbaycanlı olduğuna görə dəfələrlə döyülüb - VİDEO  |     12:17 "Qalatasaray" dünya çempionunu transfer etmək istəyir  |     12:09 Rusiya İstintaq Komitəsi azərbaycanlı tələbələrin şüarlarında ekstremizm faktları aşkar etməyib  |     11:57 Bakıda gənc oğlan qaynar suda YANARAQ ÖLDÜ  |     11:52 Nəriman Nərimanov rayonunda istilik PROBLEMİ - VİDEO  |     11:46 Dünyanın ən bahalı zibil torbasının dəyəri 780 milyon dollara çatdı  |     11:22 "Bitcoin"in qiyməti tarixi maksimumunu yenilədi  |     22:55 Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib  |     22:36 Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib  |     22:15 Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi  |     21:56 Xeyrullah Hümbətov vəfat etdi  |     21:45 Putin: Ukraynadakı münaqişə qlobal xarakter alıb  |     21:28 Bu şəxslərin əmək haqları artırıldı  |     21:17 Mərakeşdə təlim təyyarəsi qəzaya uğrayıb, iki hərbçi həlak olub  |     21:05 ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib  |     20:51 Dünyanın ən dərin quyusu Çində qazılır: Məqsəd nədir?  |    

Dövlət Departamenti Ermənistanın Suriyadakı missiyasını dəstəkləmir

ABŞ Dövlət Departamenti Ermənistanın Suriyadakı missiyasını dəstəkləmir.

Aysor.am xəbər verir ki, bu fikirlər ABŞ-ın Ermənistandakı səfirliyinin şərhində yer alıb.

Dövlət Departamenti üçüncü ölkələrin Suriyada humanitar vəziyyətə yardım etmə istəklərini anlayışla qarşılayır.

“Eyni zamanda, biz Suriya Silahlı Qüvvələri ilə istər humanitar, istərsə də hərbi sahədə əməkdaşlığı dəstəkləmirik. Bununla yanaşı, Ermənistan və Rusiyanın bu missiyanı həyata keçirmək üçün əməkdaşlığıq etməsinə dəstək vermirik”, - məlumatda bildirilib.

Dövlət Departamentindən bildirilib ki, Rusiya tərəfinin Bəşər Əsəd hakimiyyəti ilə əməkdaşlığı “humanitar fəlakətə” gətirib çıxarıb, Rusiya isə “Əsəd rejiminin vəhşiliklərini dəstəkləməyə davam edir”.

“Sputnik Ermənistan”ın məlumatına görə, dünən Ermənistan müdafiə naziri David Tonoyan maraqlı açıqlamalarla çıxış edib. O bildirib ki, erməni hərbçilər Suriyadakı hərbi əməliyyatlarda iştirak edə bilər.

“Əgər hərbi əməliyyatlarda iştirak lazım gəlsə, Ermənistan qanunauyğun olaraq, bunu edəcək”, - Tonoyan deyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 964 13.02.19 15:37