“Qazprom Ermənistan” şirkəti yaxın vaxtlarda kütləvi ixtisara başlayacaq.
Bununla bağlı “Jamanak” nəşri məlumat yayıb.
Nəşrin yaydığı məlumata görə, şirkət 1200-1500 əməkdaşını bu günlərdə işdən çıxaracaq. "Jamanak" yazır ki, bu cür hallar digər şirkətlərdə də müşahidə edilir, çünki Yerevanın yeni hökuməti şirkətlərdən əməkdaşlarını qeydiyyata almasını və vergi ödəməsini tələb edir. Onlar isə çıxış yolunu işçiləri ixtisara salmaqda görürlər.