Moskvanın Xamovniki rayonunda naməlum şəxslər Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşını döyüblər.
Median.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə DİN-in Moskva Baş İdarəsindən olan mənbə bildirib. Hadisə dünən Abrikosovsk döngəsində baş verib. Naməlum şəxslər əvvəlcə podpolkovnik Oleq Budaqotskovun xidməti maşınına şüşə qab atıblar.
Daha sonra isə onun özünü döyüblər. Budaqotskov ona tibbi yardım göstərilməsindən imtina edib.
Hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırır. İnsident barədə rəsmi məlumat verilməyib.