Ermənistanda hərbi hissələrin birində müqaviləli əsasda xidmət edən hərbçi ölüb.
“Sputnik Armenia” agentliyinin məlumatına görə, bu barədə özünün “Facebook” səhifəsində Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan yazıb.
O bildirib ki, 1985-ci il təvəllüdlü Mesrop Qriqoryanın ölümünə səbəb güllə yarası olub.
Ovannisyanın sözlərinə görə, hərbçinin ölümünün səbəbləri araşdırılır.