“Facebook” reklamdan nə qədər qazanıb? » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:34 Xəstəxanaya aparılan səkkiz yaşlı qız yolda öldü  |     13:20 Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib  |     12:57 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər  |     12:53 Avtоmоbilini keyfiyyətsiz təmir edən ustanı döyən şəxsin cəzası azaldıldı  |     12:33 Polkovnikin oğlu ev dustaqlığına buraxıldı  |     12:25 Ermənistanda Təbriz sakini azərbaycanlı olduğuna görə dəfələrlə döyülüb - VİDEO  |     12:17 "Qalatasaray" dünya çempionunu transfer etmək istəyir  |     12:09 Rusiya İstintaq Komitəsi azərbaycanlı tələbələrin şüarlarında ekstremizm faktları aşkar etməyib  |     11:57 Bakıda gənc oğlan qaynar suda YANARAQ ÖLDÜ  |     11:52 Nəriman Nərimanov rayonunda istilik PROBLEMİ - VİDEO  |     11:46 Dünyanın ən bahalı zibil torbasının dəyəri 780 milyon dollara çatdı  |     11:22 "Bitcoin"in qiyməti tarixi maksimumunu yenilədi  |     22:55 Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib  |     22:36 Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib  |     22:15 Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi  |     21:56 Xeyrullah Hümbətov vəfat etdi  |     21:45 Putin: Ukraynadakı münaqişə qlobal xarakter alıb  |     21:28 Bu şəxslərin əmək haqları artırıldı  |     21:17 Mərakeşdə təlim təyyarəsi qəzaya uğrayıb, iki hərbçi həlak olub  |     21:05 ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib  |    

“Facebook” reklamdan nə qədər qazanıb?

Amerikanın sosial şəbəkəsi -"Facebook" 2018-ci ilin 4-cü rübü ilə bağlı maliyyə nəticələrini açıqlayıb.

Median.Az
facemark.az-a istinadən bildirir ki, hesabata görə, şirkətin reklamdan gəlirləri ötən il 55 milyard dolları keçib. 2017-ci ildə isə bu rəqəm 39,9 milyard dollar olub. 2018-ci ilin 4-cü rübündə isə göstəricilər 16,6 milyard dollara çatıb. Bu isə 2017-ci ilin analoji dövrü ilə müqayisədə 30%-lik böyümə deməkdir.

Reklam gəlirlərinin böyük hissəsi mobildən gəlib. 2018-ci ilin 4-cü rübündə mobildən gələn gəlirlər reklamdan gələn gəlirlərin ümümi payında 93% təşkil edib. 2017-ci ilin analoji dövründə mobildən gələn gəlirlərin payı daha az 89% olub. Bu o deməkdir ki, gəlirlərin əsas drayveri yenə də mobil olaraq qalır.

Sosial şəbəkənin xalis mənfəəti illik 39% artaraq 22,2 milyard dollara yüksəlib. 4-cü rüb ilə bağlı göstəricilər isə 6,9 milyard dollar olub. 2017-ci ilin analoji dövründə isə adıçəkilən göstərici 4,3 milyard dollar qeydə alınmışdı. Aktiv istifadəçilərin illik artımı 9% olub və 1,5 milyard nəfərə yüksəlib. Hesabatda qeyd olunub ki, bütün aktiv kompaniyalarda "Facebook", "Instagram", "WhatsApp" və yaxud "Messenger"də ümumi istifadəçi bazası 2,7 milyard nəfərdir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 091 09.02.19 22:57