Avstraliyalı deputatlar şifrələrini dəyişməyə məcbur edilir » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:33 AMB ilk dəfə işğaldan azad edilmiş ərazilərdə poçt şöbəsinə bank lisenziyası verib  |     16:32 Bədənin qışdan əvvəl hansı vitaminlərə ehtiyacı var?  |     14:51 İndoneziyada Dukono vulkanı püskürməyə başlayıb  |     14:01 "Kartdan-karta" üsulu ilə işləyən daha 258 sahibkar cəzalandırılıb  |     13:37 Bu gündən bütün marşrut avtobuslarının fəaliyyəti BƏRPA OLUNUB  |     12:48 Türkiyə kanadalı ermənipərəst jurnalistin ölkəyə girişinə qadağa qoyub  |     12:47 Ukraynalı nazir: "COP29-da 300 milyardlıq iqlim hədəfinin razılığa gəlinməsi strateji sazişdir"  |     12:32 Şəkidə 21 yaşlı gənc dəm qazından boğularaq ölüb  |     12:26 Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  |     12:22 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq  |     12:20 Şirvanda zəncirvari QƏZA: 4 nəfər xəsarət aldı  |     12:19 Sumqayıtda hamilə qadın qəfil öldü  |     12:18 Növbəti il dövlət büdcəsinin prioritetləri AÇIQLANDI  |     22:13 “Bu, Ukraynanın sonu deməkdir” - Zaxarova  |     21:45 Bakıda COP29-un bağlanış plenar sessiyası keçirilir  |     21:35 Bələdiyyə sədrinin şirkəti yanğın təhlükəsizliyini pozub  |     21:27 Taliban səfiri və baş konsulu geri çağırdı, Almaniya hökuməti qərarı tanımadı  |     21:19 Qəza törətdi, "100-150 qram içmişəm" dedi - Həbs olundu  |     21:11 Kələmin qiyməti artacaq (AÇIQLAMA)  |     21:04 Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü  |    

Avstraliyalı deputatlar şifrələrini dəyişməyə məcbur edilir

Avstraliya parlamentinin bütün deputatları qanunverici orqanın kompüter şəbəkəsinə edilən irimiqyaslı kiberhücumdan sonra şifrələrini dəyişməyə məcbur qalıb.

Bu barədə “ABC News” məlumat yayıb.

Hələlik parlamentin daxili şəbəkəsindən hər hansı informasiya və ya elektron sənədlərin oğurlanıb-oğurlanmadığı müəyyən edilməyib.

“ Hələlik kiberhücumlar parlament, elektoral (səsvermə) və ya siyasi proseslərin gedişinə təsir etmək cəhdinin olduğuna dair heç bir sübut yoxdur”, - deyə parlamentin hər iki palatasının birgə bəyanatlarında deyilir.

Haker müdaxiləsi kibercinayətkarların sistemə müdaxiləsinin ilkin mərhələlərində aşkarlanıb. Əsas şübhələrin çinli hakerlərə yönəldiyi bildirilir.

Avstraliya baş naziri Skott Morrison hökumət idarələri və qurumlarının haker hücumuna məruz qalmadığını açıqlayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 086 08.02.19 14:09