“Gmail”də boşluq aşkarlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:20 Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib  |     12:57 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər  |     12:53 Avtоmоbilini keyfiyyətsiz təmir edən ustanı döyən şəxsin cəzası azaldıldı  |     12:33 Polkovnikin oğlu ev dustaqlığına buraxıldı  |     12:25 Ermənistanda Təbriz sakini azərbaycanlı olduğuna görə dəfələrlə döyülüb - VİDEO  |     12:17 "Qalatasaray" dünya çempionunu transfer etmək istəyir  |     12:09 Rusiya İstintaq Komitəsi azərbaycanlı tələbələrin şüarlarında ekstremizm faktları aşkar etməyib  |     11:57 Bakıda gənc oğlan qaynar suda YANARAQ ÖLDÜ  |     11:52 Nəriman Nərimanov rayonunda istilik PROBLEMİ - VİDEO  |     11:46 Dünyanın ən bahalı zibil torbasının dəyəri 780 milyon dollara çatdı  |     11:22 "Bitcoin"in qiyməti tarixi maksimumunu yenilədi  |     22:55 Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib  |     22:36 Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib  |     22:15 Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi  |     21:56 Xeyrullah Hümbətov vəfat etdi  |     21:45 Putin: Ukraynadakı münaqişə qlobal xarakter alıb  |     21:28 Bu şəxslərin əmək haqları artırıldı  |     21:17 Mərakeşdə təlim təyyarəsi qəzaya uğrayıb, iki hərbçi həlak olub  |     21:05 ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib  |     20:51 Dünyanın ən dərin quyusu Çində qazılır: Məqsəd nədir?  |    

“Gmail”də boşluq aşkarlandı

Cinayətkarlar qrupu “Gmail” poçt servisinin xüsusiyyətlərindən istifadə etməklə 65 min dollar məbləğində kredit alıb. Həmçinin hakerlər sosial müavinətlər üçün onlarla saxta bəyannamə və ərizə təqdim ediblər. Bu barədə “Agari” şirkətinin kibertəhlükəsizlik sahəsi üzrə tədqiqatçılarının məlumatında deyilir.

Median.Az
“ICTnews”a istinadən xəbər verir ki, məlumata görə, hakerlər tərəfindən “hesab nöqtəsi” kimi tanınan məşhur fırıldaqçılıq üsulu tətbiq edilib. O, istifadəçinin poçt ünvanında nöqtələri nəzərə almayan “Gmail” funksiyasına əsaslanır.

Mütəxəssislər nümunə kimi “bad.guy007” adını qeyd ediblər: “Google” prinsiplərinə görə, belə ünvan həmişə “badguy007” kimi interpretasiya ediləcək. Bununla yanaşı, istifadəçi yeganə nöqtənin yerini dəyişə və ya yenilərini əlavə edə bilər.

Lakin əksər servislər belə variantları müxtəlif ünvanlar kimi qəbul edir. Nəticədə bu boşluqdan çox vaxt fırıldaqçılar yararlanırlar. Onlar hesab adlarını seçməklə qurbanları müxtəlif saytlarda ödəniş və fərdi məlumatları təsdiqləməyə məcbur edirlər.

“Agari” əməkdaşları bildirib ki, hakerlər bu şəkildə 56 ünvanı ələ keçirməyə nail olublar. Onlar kredit kartları üçün 48 sifariş verməklə bankdan böyük məbləğdə suda alıblar, eləcə də müxtəlif müavinətlər üçün çoxlu saxta vergi bəyannaməsi və ərizə təqdim ediblər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 545 07.02.19 19:50