Qazaxıstanda hava şəraiti kəskin dəyişib. Şaxtalı hava şəraitinin kəskin surətdə dəyişməsi nəticəsində təcili tibbi yardım məntəqələrinə soyuqdan donmuş insanlar gətirilib.
Median.Az AZƏRTAC-a istinadən bildirir ki, Qazaxıstanın Pavlodar şəhərində 8 nəfər şaxtadan donub.
Evsiz - "bomj" həyatı sürən şəxslər üçün xüsusi sığınacaq yeri təşkil edilib. Şaxtalı havalarda donan insanların sayının artacağı da istisna olunmur.
Qazaxıstan Hava məlumatı bürosunun yaydığı xəbərə görə, fevralın 6-9-da ölkənin şimal, şərq və mərkəzi hissələrində 40-45 dərəcə şaxta gözlənilir. Sinoptiklər bu qış mövsümünün son illərin ən sərt keçən qışı olacağını bildirirlər.
Bununla əlaqədar müvafiq qurumlar tərəfindən əhaliyə zərurət yaranmayacağı təqdirdə küçələrə çıxmamaq, şəxsi nəqliyyat vasitəsindən istifadə etməmək tövsiyə edilib.