İranın Dövlət Kosmik Tədqiqatlar Mərkəzində baş vermiş yanğın nəticəsində üç nəfər həyatını itirib.
Bu barədə ISNA agentliyi məlumat yayıb.
Ölkənin telekommunikasiya naziri Məhəmməd Cavad Azəri mərkəzdə baş verən yanğının qurbanlarının tədqiqat aparan alimlər olduğunu açıqlayıb.
“İranın Kosmik Tədqiqatlar Mərkəzinin filiallarından birində yanğın meydana gəlib. Təəssüflər olsun ki, alışmaya gec reaksiya veriblər. Nəticədə, mərkəzin üç alimi həyatını itirib”, - deyə nazir bildirib.
İnsidentin təfərrüatı hələlik mətbuata açıqlanmır.