Fransada polisin “sarı jiletlilər”ə qarşı ifrat güc tətbiqi halları araşdırılır » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:34 Xəstəxanaya aparılan səkkiz yaşlı qız yolda öldü  |     13:20 Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib  |     12:57 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər  |     12:53 Avtоmоbilini keyfiyyətsiz təmir edən ustanı döyən şəxsin cəzası azaldıldı  |     12:33 Polkovnikin oğlu ev dustaqlığına buraxıldı  |     12:25 Ermənistanda Təbriz sakini azərbaycanlı olduğuna görə dəfələrlə döyülüb - VİDEO  |     12:17 "Qalatasaray" dünya çempionunu transfer etmək istəyir  |     12:09 Rusiya İstintaq Komitəsi azərbaycanlı tələbələrin şüarlarında ekstremizm faktları aşkar etməyib  |     11:57 Bakıda gənc oğlan qaynar suda YANARAQ ÖLDÜ  |     11:52 Nəriman Nərimanov rayonunda istilik PROBLEMİ - VİDEO  |     11:46 Dünyanın ən bahalı zibil torbasının dəyəri 780 milyon dollara çatdı  |     11:22 "Bitcoin"in qiyməti tarixi maksimumunu yenilədi  |     22:55 Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib  |     22:36 Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib  |     22:15 Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi  |     21:56 Xeyrullah Hümbətov vəfat etdi  |     21:45 Putin: Ukraynadakı münaqişə qlobal xarakter alıb  |     21:28 Bu şəxslərin əmək haqları artırıldı  |     21:17 Mərakeşdə təlim təyyarəsi qəzaya uğrayıb, iki hərbçi həlak olub  |     21:05 ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib  |    

Fransada polisin “sarı jiletlilər”ə qarşı ifrat güc tətbiqi halları araşdırılır

Fransada polisin "sarı jiletlilər"ə qarşı ehtimal olunan ifrat güc tətbiqi halları ilə bağlı 116 cinayət işi açılıb.

Median.Az
Report-a istinadən xəbər verir ki, işlərin azı 36-sı polisin rezin güllə və qumbara atan xüsusi LBD cihazlarından istifadə etməsi, bir neçəsi də nümayişçilərə qarşı təhqiramiz ifadələr işlətməsi ilə bağlıdır.

Xatırladaq ki, yanvarın 26-da Parisin Bastili meydanında baş verən polislə qarşıdurma zamanı "sarı jiletlilər"in qeyri-rəsmi lideri Erik Druenin silahdaşlarından olan Jerom Rodriges baş nahiyəsindən xəsarət almışdı.

Daxili İşlər Nazirliyinin dövlət katibi Loran Nunes isə asayiş keşikçilərinə dair hüquq müdafiəçilərinin tənqidlərini şərh edərkən bildirib: "Polis etirazçılara hücum etməz, əksinə, onları qoruyar, radikalların törətdiyi zorakılığa son qoymaq üçün əlindən gələni edər".

Qeyd edək ki, bu gün Fransanın bir çox iri şəhərlərində "sarı jiletlilər" daha əvvəl polislə toqquşmalarda zərər çəkənlərlə həmrəylik yürüşləri keçirməyi nəzərdə tuturlar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 332 02.02.19 18:44