Azərbaycanlı Rusiyada uşaq bağçasını partlatmaqla hədələdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib  |     22:36 Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib  |     22:15 Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi  |     21:56 Xeyrullah Hümbətov vəfat etdi  |     21:45 Putin: Ukraynadakı münaqişə qlobal xarakter alıb  |     21:28 Bu şəxslərin əmək haqları artırıldı  |     21:17 Mərakeşdə təlim təyyarəsi qəzaya uğrayıb, iki hərbçi həlak olub  |     21:05 ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib  |     20:51 Dünyanın ən dərin quyusu Çində qazılır: Məqsəd nədir?  |     20:36 ABŞ yeni ballistik raketləri sınaqdan keçirib  |     20:29 COP28-in baş danışıqçısı: Qlobal biomüxtəlifliyin itkisi ilə birlikdə mübarizə aparılmalıdır  |     19:46 Həbib və Konor yenidən qarşılaşacaq - Gözlənilən görüş  |     19:26 Narkotikin təsiri altında qəza törədən aktyor 5 il həbs oluna bilər  |     19:21 İşsizlikdən Sığorta Fondunun büdcəsi Naxçıvanı da əhatə edəcək  |     19:14 Türkiyəli nazir müavini COP29-a qatılıb  |     19:01 Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak etdi  |     18:53 BCM Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verdi  |     18:44 "Milan" futbolçusu ilə razılığa gəlib  |     18:41 Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     18:22 "Chrome" ləğv olunur - "Google"a inanılmaz tələblər  |    

Azərbaycanlı Rusiyada uşaq bağçasını partlatmaqla hədələdi

Rusiyanın Sankt-Peterburq şəhərinin Oxta rayonunda naməlum şəxs Malinova küçəsində yerləşən 19 saylı bağçaya məktub göndərərək, binanı partlatmaqla hədələyib.

Konkretno.ru saytının məlumatına görə, binada olan 98 uşaq və bağçanın 12 əməkdaşı təxliyyə edilib. Şübhəli əşya aşkar edilməyib.

Həmin gün axşam saatlarında həmin şəxs polis idarəsinə zəng edərək, Optikov küçəsində tanışının yaşadığı evi partladacağını bildirib.

Aparılan araşdırmalar zamanı zəngin Novoçerkassk prospektindəki evlərdən birindən gəldiyi və zəngin 58 yaşlı azərbaycanlı tərəfindən edildiyi məlum olub.

Uşaq bağçasına məktub göndərənin də həmin şəxs olduğu müəyyən edilib.

Bildirilib ki, azərbaycanlı Peterburqda qeydiyyatsız yaşayır və işləmir. Hazırda onun axtarışlarına başlanılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 583 01.02.19 13:05