Venesuela müxalifətinin lideri Xuan Quaydo Nikolas Maduro hökuməti ilə danışıqlarda iştirak etmək niyyətində olmadığını bəyan edib.
Median.Az xəbər verir ki, bu badərə TASS-ın yaydığı məlumatda deyilir.
Bunu o, Karakasda Venesuela Mərkəzi Universitetinin binasında tərəfdarları qarşısında çıxış edərkən deyib.
“Daha heç vaxt yalançı dialoqa razılıq vermərik”, - deyə Quaydo vurğulayıb.