BMT: İnsan alveri qurbanlarının 30 faizi uşaqlardır » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib  |     22:36 Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib  |     22:15 Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi  |     21:56 Xeyrullah Hümbətov vəfat etdi  |     21:45 Putin: Ukraynadakı münaqişə qlobal xarakter alıb  |     21:28 Bu şəxslərin əmək haqları artırıldı  |     21:17 Mərakeşdə təlim təyyarəsi qəzaya uğrayıb, iki hərbçi həlak olub  |     21:05 ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib  |     20:51 Dünyanın ən dərin quyusu Çində qazılır: Məqsəd nədir?  |     20:36 ABŞ yeni ballistik raketləri sınaqdan keçirib  |     20:29 COP28-in baş danışıqçısı: Qlobal biomüxtəlifliyin itkisi ilə birlikdə mübarizə aparılmalıdır  |     19:46 Həbib və Konor yenidən qarşılaşacaq - Gözlənilən görüş  |     19:26 Narkotikin təsiri altında qəza törədən aktyor 5 il həbs oluna bilər  |     19:21 İşsizlikdən Sığorta Fondunun büdcəsi Naxçıvanı da əhatə edəcək  |     19:14 Türkiyəli nazir müavini COP29-a qatılıb  |     19:01 Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak etdi  |     18:53 BCM Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verdi  |     18:44 "Milan" futbolçusu ilə razılığa gəlib  |     18:41 Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     18:22 "Chrome" ləğv olunur - "Google"a inanılmaz tələblər  |    

BMT: İnsan alveri qurbanlarının 30 faizi uşaqlardır

Birləşmiş Millətlər Təşkilatının (BMT) Narkotiklərlə və Cinayətkarlıqla Mübarizə İdarəsinin yanvarın 29-da təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında təqdim etdiyi hesabata görə, 2018-ci ildə insan alveri qurbanlarının 30 faizi uşaqlar olub.

Median.az
AZƏRTAC-a istinadən bildirir ki, hesabatda Cənubi Amerika, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində, həmçinin Rusiyada insan alverinin genişləndiyi qeyd olunub. Yüz minlərlə insan, xüsusən qadın və uşaqlar insan qaçaqmalçılarının qurbanı olublar. Bu cinayətkarların qurbanlarının 70 faizi isə qadınlar və yetkinlik yaşına çatmayan qızlardır. Onlar seksual istismara və qul əməyinə məruz qalırlar. Belarus və Ukraynada insan qaçaqmalçılarının qurbanlarının 97 faizi dünyanın müxtəlif ölkələrində seksual istismara məruz qalan qadınlardır. İnsan qaçaqmalçılarının qurbanına çevrilən kişilər isə silahlı münaqişə zonalarında qanunsuz hərbi birləşmələrə cəlb olunurlar.

Hesabatda qeyd olunur ki, digər dəhşətli cinayət - "orqan alveri" də genişlənib. Belə ki, 25 ölkədən insan qaçaqmalçılarının oğurladıqları uşaqların daxili orqanlarının çıxarılması barədə 700 məlumat daxil olub. Böyrək və qara ciyər köçürülməsi əməliyyatlarının 10 faizi bu cinayətlərin qurbanlarının daxili orqanları hesabına həyata keçirilib.

Dünyanın 142 ölkəsindən daxil olan məlumatlar əsasında hazırlanan hesabatda insan alverinə qarşı mübarizə məsələləri də yer alıb. Vurğulanıb ki, son illər dünya ictimaiyyəti insan alverinin qarşısının alınmasına dair Protokolun müddəalarının yerinə yetirilməsi üzrə genişmiqyaslı tədbirlər həyata keçirsələr də, bu problem bəşəriyyət üçün ən ağrılı məsələ olaraq qalır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 387 30.01.19 22:53