Çin dünyanın ən böyük pərakəndə satış bazarına çevrilir » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib  |     22:36 Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib  |     22:15 Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi  |     21:56 Xeyrullah Hümbətov vəfat etdi  |     21:45 Putin: Ukraynadakı münaqişə qlobal xarakter alıb  |     21:28 Bu şəxslərin əmək haqları artırıldı  |     21:17 Mərakeşdə təlim təyyarəsi qəzaya uğrayıb, iki hərbçi həlak olub  |     21:05 ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib  |     20:51 Dünyanın ən dərin quyusu Çində qazılır: Məqsəd nədir?  |     20:36 ABŞ yeni ballistik raketləri sınaqdan keçirib  |     20:29 COP28-in baş danışıqçısı: Qlobal biomüxtəlifliyin itkisi ilə birlikdə mübarizə aparılmalıdır  |     19:46 Həbib və Konor yenidən qarşılaşacaq - Gözlənilən görüş  |     19:26 Narkotikin təsiri altında qəza törədən aktyor 5 il həbs oluna bilər  |     19:21 İşsizlikdən Sığorta Fondunun büdcəsi Naxçıvanı da əhatə edəcək  |     19:14 Türkiyəli nazir müavini COP29-a qatılıb  |     19:01 Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak etdi  |     18:53 BCM Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verdi  |     18:44 "Milan" futbolçusu ilə razılığa gəlib  |     18:41 Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     18:22 "Chrome" ləğv olunur - "Google"a inanılmaz tələblər  |    

Çin dünyanın ən böyük pərakəndə satış bazarına çevrilir

Çin bu il ABŞ-ı qabaqlayaraq dünyanın ən böyük pərakəndə satış bazarı ünvanına sahiblənəcək.

Median.az
AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "eMarketer" araşdırma şirkətinin hesabatında qeyd olunur. Şirkətin mütəxəssisləri güman edirlər ki, cari il ərzində Çində pərakəndə satışın həcmi 7,5 faiz artaraq 5,636 trilyon dollara çatacaq. ABŞ-da isə bu sahə üzrə artım 3,3 faiz olmaqla, ümumi rəqəm 5,529 trilyon dollar təşkil edəcək.

Mütəxəssislər Çinin pərakəndə satış bazarında bu cür canlanmanı əhalinin gəlirlərinin çoxalması və elektron ticarətin populyarlaşması ilə əlaqələndirirlər. Çin Milli Statistika Bürosunun məlumatına görə, ölkədə pərakəndə satışın beşdəbirini elektron ticarət təşkil edir. Təkcə ötən il noyabrın 11-də "Şoppinq festivalı"nda "Alibaba" şirkəti elektron ticarət platformalarından 31,46 milyard dollarlıq pərakəndə satış həyata keçirilib. "eMarketer" araşdırma şirkətinin proqnozlarına görə, bu il dünya üzrə bütün elektron pərakəndə satışın 55,8 faizini Çin təmin edəcək. Bu rəqəm 2022-ci ildə 63 faizə çatacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 290 30.01.19 22:40