Rusiya və Ukrayna arasında heç bir müharibə yoxdur, yalnız Kiyevin təxribatları var.
Median.Az xəbər verir ki, bu sözləri RF prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna lideri Pyotr Poroşenkonun bəyanatını şərh edərkən bildirib.
Xatırladaq ki, Poroşenko bir müddət əvvəl verdiyi bəyanatda ukraynalıların müharibədən cana gəldiyini və Ukrayna ilə Rusiya arasında soyuq müharibəyə ehtiyac olduğunu bildirmişdi.
“Birincisi, Rusiya və Ukrayna arasında heç bir müharibə yoxdur. Ukraynada vətəndaş müharibəsi var, Ukraynada Kiyevdəki hakimiyyətin təhriki ilə baş verən hadisələr var”, - deyə Peskov jurnalistlərə verdiyi açıqlamada qeyd edib.
Peskov təmas xəttində bir sıra təxribatların və Kiyevdə güc yolu ilə həyata keçirilən hakimiyyət dəyişikliyinin fəsadı olaraq baş verən bir sıra hadisələr müşahidə olunduğunu əlavə edib.
“Ona görə Rusiya və Ukrayna arasında heç bir müharibə yoxdur, iki qonşu ölkə, iki qardaş xalq var. Ancaq əlbəttə ki, biz bayaq qeyd etdiyim hallara müsbət qiymət verə bilmərik”, - deyə Peskov vurğulayıb.