Moskvada həmyaşıdları tərəfindən yaşadığı evin blokunda yandırılan məktəbli ölüb.
Median.Az TASS agentliyinə istinadən xəbər verir ki, bununla bağlı səhiyyə xidmətindəki mənbə məlumat verib.
“15 yaşlı 10-cu sinif şagirdi həkimlərin bütün cəhdlərinə baxmayaraq, ölüb. O, bədəninin 90 faiz hissəsinin yanığı ilə xəstəxanaya yerləşdirilmişdi”, - mənbə bildirib.
Hadisədə şübhəli bilinən yeniyetmələr həbs edilib.
Xatırladaq ki, hadisə yanvarın 25-də baş verib. Yeniyetmələr məktəblinin üzərinə benzin tökərək, onu yandırıblar.