Antarktidada sirli orqanizmlər aşkarlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:06 AZAL təyyarəsinin qəzaya uğradığı yerdə iki registrator tapılıb  |     18:56 Türkiyə ordusu bu il 3 min 21 terrorçu öldürüb  |     18:46 "Aqrarkredit" Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb  |     18:15 Moskvanın hava limanları bağlandı  |     17:25 Çin lideri Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib  |     17:17 Sabah Sumqayıtda 105 000 abonent qazsız qalacaq  |     17:05 Kişi ona çay süzməyən arvadını döydü  |     17:04 Aktauda qəzaya uğrayan AZAL təyyarəsi Rusiya hava məkanında hücuma məruz qalıb  |     16:58 Bosfor boğazında gəmilərin hərəkəti dayandırıldı  |     15:30 NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb  |     15:18 Daha 2 "tiktok"er həbs edildi  |     14:55 Meyxanaçı Balaəli məhkəməyə verildi  |     14:45 Pezeşkian İlham Əliyevə başsağlığı verdi  |     14:04 Əməkdar artist Almaz Mustafayevanın anım günüdür  |     13:36 Bakıda yağış, dağlıq rayonlarda qar yağacaq - SABAHIN HAVASI  |     13:30 Kolumbiyada güclü zəlzələ baş verdi  |     13:11 Təyyarə qəzasında həlak olan Hökumə Əliyevanın da cəsədi tapıldı (YENİLƏNİB)  |     12:55 Söyüdlü (Zod) qızıl yatağının hansı qaydada işlədiləcəyi müəyyənləşəcək  |     12:43 "Embraer": "AZAL-ın qəzaya uğrayan təyyarəsinin göyərtəsində defekt aşkar edilməyib"  |     12:35 Müsəlman Ağsaqqalları Şurası təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib  |    

Antarktidada sirli orqanizmlər aşkarlandı

Alimlər Antarktida buzlaqlarının altında olan göldən min illər ərzində təcrid olunmuş canlı orqanizmlərin qalıqlarını aşkarlayıb.

Median.Az
xəbər verir ki, bu barədə “Nature” nəşri məlumat yayıb.

Tədqiqatçılar cənub qütbünün su hövzələrində ilk dəfədir ki, belə qalıqlarla rastlaşır. Buna qədər alimlər belə mühitdə yalnız bakteriyaların yaşaya bildiyini fərz edirdi.

Tapıntı “Subglacial Antarctic Lakes Scientific Access” (SALSA) tədqiqatı çərçivəsində qeydə alınıb. Tədqiqatçılar Cənub qütbündən 600 kilometr aralıda yerləşən Merser gölündən nümunə götürüblər.

Bunun üçün onlar bir kilometr dərinlikdə quyu qazaraq, ora temperaturu ölçən cihaz buraxıb. Sonradan cihazı səthə çıxararaq, üzərinə yapışan çirkdən nümunələr götürüb. Nümunələr mikroskop altında araşdırılıb.

Mütəxəssislər diatom yosunların çanaqlarını, buğumayaqlılar, o cümlədən, xərçəngkimilərin və ərincəkliləri xatırladan mikroskopik canlıların qalıqlarını müşahidə edib. Bundan savayı, mikroskop altında soxulcanlara bənzəyən bitki və göbələk toxumalarını aşkarlanıb.

Alimlərin hesablamalarına görə, həmin canlılar Transantarktika dağlarının su hövzələrində, təxminən Merser gölündən 50 kilometr aralıda yaşayıb. Onların yaşayışı üçün əlverişli şərait təxminən 120 min il əvvəl mövcud olub.

Alimlər hələlik bu məxluqların gölə hansı şəkildə düşdüyünü müəyyən edə bilmir. Orqanizmlərin yaşını öyrənmək üçün onlar DNT analizi və radio-karbon təqvim araşdırması aparmaq niyyətindədirlər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 729 21.01.19 12:40